Yuri Maksimova 4 oyunluq cəza

yuri-maksimova-4-oyunluq-ceza
Oxunma sayı: 767

AFFA İntizam Komitəsinin iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu gün keçirilən iclasda ölkə kubokunun cavab matçlarında baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub:
 
Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab oyunu olan “Neftçi” - “Qəbələ” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
 
Oyunun 90+3-cü dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur .
 
Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab oyunu olan “Sumqayıt” - “Keşlə” matçının 72-ci dəqiqəsində “Keşlə”nin baş məşqçisi Yuri Maksimov aqressiv davranışa görə texniki zonadan kənarlaşdırılıb. Yuri Maksimov bu səbəbdən 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur.