Zabit Səmədov Azərbaycan-Çeçenistan rəsmilərinin görüşündə

zabit-semedov-azerbaycan-cecenistan-resmilerinin-gorusunde
Oxunma sayı: 4499

Xəbər verdiyimiz kimi, bu gün Moskvada Azərbaycan və Çeçenistan rəsmiləri arasında görüş keçirilib. Görüşdə Azərbaycan tərəfindən Rusiyadakı səfirimiz Polad Bülbüloğlu, Çeçenistan tərəfindən isə prezident Ramzan Kadırovun köməkçisi Adam Delimhanovun rəhbərliyi ilə nümayəndə heyətləri iştirak edib.

“Qafqazinfo”nun məlumatına görə, görüşdə Azərbaycan nümayəndə heyətinin tərkibində diqqət çəkən simalardan biri dünya şöhrətli idmançı Zabit Səmədov olub.

Məlumat üçün bildirək ki, Z. Səmədov Çeçenistan prezidenti Ramzan Kadırovun yaxın dostu olmaqla yanaşı, bu respublikanın “Axmat Sila” klubunun da üzvüdür. O, Çeçenistanda böyük nüfuz sahibidir.