Zakir Həsənov hərbi salamı yenə də səhv verdi- - Fotolar

zakir-hesenov-herbi-salami-yene-de-sehv-verdi-
Oxunma sayı: 8944


Xəbər verdiyimiz kimi, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belçikanın Mons şəhərində yerləşən NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanlığına səfər edib. 

Аzərbaycan Respublikasının NATO yanında Nümayəndəliyindən “Qafqazinfo” ya daxil olan məlumata görə, səfər çərçivəsində general-polkovnik Zakir Həsənov NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı dörd ulduzlu general Filip Bridlav tərəfindən rəsmi mərasimlə (fəxri qarovul, himnlərin dinlənməsi və hərbi nümayəndələrlə salamlaşma) qarşılanmış və daha sonra keçirilən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Həmin gün Müdafiə Naziri NATO-nun Müfəssəl Böhranlar və Əməliyyatların İdarə Olunması Mərkəzinə baş çəkmiş və bu qərargahla tanış olub. Eyni zamanda general-polkovnik Zakir Həsənov NATO-nun Xüsusi Əməliyyatlar Qərargahına tanışlıq səfəri etmiş və ona Qərargahın rəisi vitse-admiral Pybus tərəfindən qısa brifinq verilib.

Müdafiə Naziri NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanlığına səfəri çərçivəsində həmçinin NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinə də baş çəkib.

Sabah  Müdafiə Nazirinin ABŞ-ın Müdafiə Katibi cənab Çak Heygel ilə ikitərəfli görüşü olacaq və daha sonra  general-polkovnik Zakir Həsənov Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (ISAF) töhfə verən dövlətlərin Müdafiə Nazirlərinin Brüsseldə, NATO Mənzil Qərargahında keçiriləcək iclasında iştirak edəcək.

Fotolardan göründüyü kimi Müdafiə naziri hərbi salamı doğru verməyib.

Qeyd edək ki, bir müddət əvvəl Zakir Həsənovun Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdet Özellə Fəxri Xiyabanı ziyarət edərkən verdiyi hərbi salam qalmaqala səbəb olmuşdu. Hərbi ekspertlər nazirin doğru hərbi salam vermədiklərini açıqlamışdılar.