Zaura cadu etmək istəyiblər - “Min manata…”

zaura-cadu-etmek-isteyibler
Oxunma sayı: 2602

Zaur Baxşəliyev aparıcısı olduğu “Zaurla Günaydın” proqramında maraqlı açıqlama verib.  “Qafqazinfo” xəbər verir ki, ATV-nin siması efirdə qeyd edib ki, ona cadu etmək üçün falçıya müraciət ediblər: 

“Biri mənə görə falçı yanına gedib deyib ki, 1000 manat verirəm, elə et ki, efirdə yıxılsın. Zalımın qızı, gətir o 1000 manatı mənə ver, səhərdən axşama kimi sənin üçün susum. Üç min manat ver, lap yerə yıxılaram. Niyə pulunu ora-bura tökürsən?” 

Daha sonra xanımı Günay Baxşəliyeva da mövzu barədə danışıb: “Dəhşət, Allahın işinə qarışmaq olmaz. Kim qarışırsa, Allah onun ürəyinə görə versin. O işlərlə məşğul olanların axırı yoxdur”.