Zerrin Özer sosial şəbəkənin 50 üzvünü məhkəməyə verdi

zerrin-ozer-sosial-sebekenin-50-uzvunu-mehkemeye-verdi
Oxunma sayı: 1015


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda mətbuata məlumat verən Özerin vəkili Oğuz Çelik İstanbul Respublika Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etdiklərini bildirib:

“Zerrin Özerin Ərdoğanın Haliç Konqres Mərkəzində təşkil etdiyi yığıncağa qatılmasından sonra sosial şəbəkələrdə  haqsız tənqidlərə və təhqirlərə məruz qalıb. İfaçı cəmiyyətimizin hər fərdi kimi fikirlərini ifadə etməkdə, demokratik haqqlarından istifadə etməkdə azad olduğunu bildirsə də,  sosial şəbəkə vasitəsilə bir qrup şəxslər ona qarşı təhqid sərhədlərini aşan sözlər istifadə edib. Özer şəxsiyyətini, inancını, sənətini, şərəfini və ləyaqətini təhqir edən şəxslərin cəzalandırılması tələbiylə İstanbul Respublika Prokurorluğuna müraciət edib”.