Heyzli qadın qəbr ziyarətinə gedə bilərmi?

heyzli-qadin-qebr-ziyaretine-gede-bilermi
Oxunma sayı: 17138


“Qafqazinfo” İslam.az-a istinadən xəbər verir ki, qadına heyzli halda haram və məkruh olan əməllər sırasında buna rast  gəlmirik. Heyzli halda qəbir ziarətinə getmək olar. Amma nəzərə alaq ki, müqəddəs  şəxslərin – peyğəmbər və imamların, imamzadələrin məzarı olan yerləri ziyarət etmək heyzli qadına qadağandır. Həmçinin, ziyarət etdiyi yerdə məscid hesab olunan tikilinin içinə girmək də olmaz. Ziyarət edərkən, Quranın 7-dən artıq ayəsini oxumaq da bu qadına məkruhdur.