Ərəb dilinin “əl-Müncid”, “Lisan əl-Ərəb”, “əl-Mövrid” kimi mötəbər lüğət-mənbələri əsasında hazırlanmış lüğətdə iki yüz min söz və ifadə toplanıb.
Əsas mətnindən savayı lüğətdə əlavələr bölümü vardır. Buraya ərəb dilində işlənən deyimlər, ərəb əlifbası, ərəb dili və yazısı haqqında qısa məlumat, klassik ərəb dilçiliyi terminləri, dünya və ərəb ölkələri, hərbi terminlər elm adları və izahlı tərcüməsi, Mendeleyevin dövri elementlər cədvəli, həndəsi, coğrafi terminlər, bürclər və insan anatomiyası daxildir.
Respublika leksikoqrafiya elminin ciddi uğuru sayla biləcək bu lüğət ərəb dili mütəxəssisləri, ali məktəblərin ərəb dili tələbələri və müəllimləri, o cümlədən ərəb dilini öyrənmək istəyən hər bir kəs üçün nəzərdə tutulub.
azerimuslims
Son xəbərlər
Son Xəbərlər