Rusiyanın Rumıniyanın Konstanta şəhərindəki konsulluğu bağlanacaq.
Qafqazinfo” xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Məlumata görə, oradakı konsul da “arzuolunmaz şəxs” elan edilib.
Bildirlib ki, qərar diplomatik qaydaların pozulması ilə əlaqədar qəbul olunub. Diplomata ölkəni tərk etməsi üçün müddət verildiyi qeyd olunub.
Yerli mediada yayılan məlumatlara görə, qərardan sonra Rusiyanın Rumıniyadakı konsulluqlarından birinin fəaliyyətinin dayandırılacağı bildirilir.
Qeyd edək ki, Rumıniyanın şərqində yerləşən Qalats şəhərində yaşayış binasına PUA-nın çırpılmasından sonra münasibətlərdə gərginlik pik həddə çatıb.
Rumıniya Prezidenti Nikuşor Dan Rusiyaya qarşı sərt bəyanatlarla çıxış edib.
Son xəbərlər
Son Xəbərlər