“Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin “qısa siyahısı” açıqlanıb

nesimi-milli-edebiyyat-musabiqesinin-qisa-siyahisi-aciqlanib
Oxunma sayı: 763

“Qafqazinfo”nun məlumatına görə, müsabiqənin Təşkilat Komitəsi və Ekspertlərdən ibarət 10 nəfərlik münsifin qiymətləndirməsinə, habelə portalda keçirilən səsvermənin nəticələrinə görə, “hekayə” və “şeir” nominasiyaları üzrə “10-luq” seçilib.
Qeyd edək ki, oxucuların səsverməsi əsasında 3, münsiflərin verdiyi ballar əsasında isə 7 müəllif "qısa siyahı"ya daxil edilib.
Qaliblərin adları 8 iyun tarixində – Kult.Az portalının 5 yaşında elan ediləcək. Qaliblər bu münasibətlə keçirilən mərasimdə təltif olunacaqlar.
Ümumilikdə müsabiqəyə 70-ə yaxın müəllifdən 200-dən artıq mətn daxil olmuşdu.

ŞEİR nominasiyası:
Səbinə Dəniz, Ramil Əhmədov, Hacıbala Səfərov, Leyla Nənə, Lalə (Məhərrəmli), Samir Kərimoğlu, Aysel Əliyeva, Ərşad Məhərrəmli, Aqşin Evrən, Emin Piri.
HEKAYƏ Nominasiyası:
Şahnaz Kamalova, Günay Araf, Samirə Əşrəf, Namiq Vəliyev, Günel Xəzər, Fuad Mirzəyev, Ruslan Mollayev, Əfsanə Laçın, Günel Kərimli, Şəbnəm Xeyrulla.