“Qafqazinfo” xəbər verir ki, əlyazması son dövrlərdə Əlyazmalar İnstitutuna daxil olunan bu əsərdə XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində yaşamış 24 Azərbaycan şairinin şeirləri toplanıb.
İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimovun nəşrə hazırladığı kitabda əsərlərdən çoxu ilk dəfə olaraq oxuculara təqdim olunur.
“Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabın redaktorları Arif Ramazanov və filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırovdur.
Kitab tədqiqatçılar və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Son xəbərlər
Son Xəbərlər