İsrail ordusu Beyrut ərazisinə endirdiyi zərbə nəticəsində “İmam Hüseyn” diviziyasının komandiri Həsən Əli Mərvanı zərərsizləşdirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) rəsmi “X” hesabında paylaşım edilib.
Bildirilib ki, Mərvan bu vəzifəyə cəmi bir həftə əvvəl, sələfi Əli Məsləm Təbacənin öldürülməsindən sonra təyin edilmişdi:
“O, “Şimal oxları” əməliyyatı başlayandan bəri diviziyanın məhv edilən sayca üçüncü komandiridir. Mərvanın sələfləri Təbacə və ondan əvvəlki komandir Zülfüqar da İsrailin xüsusi əməliyyatları nəticəsində sıradan çıxarılıb. H. Ə. Mərvan diviziya ilə “Hizbullah” və İranın Qüds qüvvələrinin yüksəkrütbəli hərbi rəsmiləri arasında koordinasiyaya cavabdeh idi. O, həmçinin İsrail və Livanın cənubunda fəaliyyət göstərən IDF bölmələrinə qarşı raket, PUA və mərmilərin atılmasına birbaşa rəhbərlik edirdi. Mərvan bütün bölmə əməliyyatlarını idarə edir və döyüşçülərin Livanın cənubunda yerləşdirilməsinə cavabdehlik daşıyırdı”.
Qeyd edək ki, “İmam Hüseyn” diviziyası İranın Qüds qüvvələri tərəfindən yaradılmış hərbi birləşmədir.

Son xəbərlər
Son Xəbərlər