Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
6. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;
7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;
9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
10. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində;
11. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində sıxlıq müşahidə olunur.
Son xəbərlər
Son Xəbərlər