FIFA klublarla bağlı bu qaydanı tətbiq edəcək

fifa-klublarla-bagli-bu-qaydani-tetbiq-edecek
Oxunma sayı: 351

FIFA peşəkar futbol klubları üçün yeni və inqilabi bir qayda tətbiq etməyə hazırlaşır.

“Qafqazinfo” ESPN-ə istinadla xəbər verir ki, FIFA Şurası klubların hər matçda öz akademiyalarının ən azı bir yetirməsini meydanda saxlamasını məcburi edən layihə üzərində müzakirələrə başlayıb.

Beynəlxalq qurum uzun məsləhətləşmələrdən sonra bir il ərzində rəsmi layihəni təqdim etməyə razılaşıb. Yeni qaydaya əsasən, peşəkar klublar hər görüşdə meydanda ən azı bir gənc yetirməsini (20 və ya 21 yaşa qədər) saxlamaq öhdəliyi daşıyacaqlar. Bu təşəbbüsün əsas məqsədi klubların yalnız transfer bazarından asılılığını azaltmaq və gənc futbolçuların oyun təcrübəsini artırmaqdır.

Qeyd edək ki, FIFA-nın yeni layihəsi gənclərin birbaşa yaşıl meydanda olmasını şərtləndirdiyi üçün mövcud normalardan daha sərt xarakter daşıyır.

Xatırladaq ki, ali futbol qurumu bundan öncə DÇ-2026 üçün də bir sıra qaydaların dəyişəcəyini bəyan etmişdi.