Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Niva” markalı maşın əks yola çıxan “Hyundai Elantra” ilə toqquşub.
Daha sonra “Niva” markalı avtomobil bir neçə dəfə aşıb. Nəticədə avtomobildə olan Daşkəsən rayonu, Qabaqtəpə kənd sakini, 1986-cı il təvəllüdlü Sübhanə Abbasova müxtəlif dərəcəli xəsarətlər alıb. O, Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev


Son xəbərlər
Son Xəbərlər