12 ildən sonra Suriyadan İstanbula ilk uçuş həyata keçirilir

12-ilden-sonra-suriyadan-istanbula-ilk-ucus-heyata-kecirilir
Oxunma sayı: 702

Suriya Hava Yolları 12 ildən sonra Dəməşq Beynəlxalq Hava Limanından İstanbul Hava Limanına ilk uçuşunu həyata keçirir.

“Qafqazinfo” Suriya Xəbər Agentliyinə (SANA) istinadən xəbər verir ki, təyyarə bu gün Dəməşqdən havaya qalxaraq İstanbula yola düşüb.

Qeyd edək ki, Suriyada vətəndaş müharibəsinin başlamasından sonra dayandırılan Dəməşq-İstanbul reysləri beləliklə 12 ildən sonra bərpa edilib.