Türkiyəli aktrisa Pelin Karahanla iş adamı Bedri Güntayın 12 illik evliliyi bitib.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, bir müddətdir ayrılıq xəbərləri ilə gündəmdə olan cütlük bu gün boşanıb.
Razılaşma yolu ilə boşanan cütlük ayrılıqdan sonra ortaq açıqlama verib:
“İctimaiyyətə hörmətlə bildiririk ki, bu gün etibarilə evliliyimizi qarşılıqlı sevgi və hörmət çərçivəsində, razılaşma yolu ilə sonlandırmışıq. Bundan sonrakı mərhələdə də iki övladımızın valideynləri olaraq ortaq məsuliyyətimiz və bir-birimizə olan hörmətimiz davam edəcək. Uşaqlarımızın ali mənafeyinin qorunması və onların mənfi təsirlənməməsi üçün media nümayəndələrindən və ictimaiyyətdən ailə həyatımızın məxfiliyinə həssas yanaşmalarını xahiş edirik. Bu mövzu ilə bağlı edəcəyimiz yeganə və son açıqlama budur. Hörmətlə, Bedri Güntay – Pelin Karahan”.
Qeyd edək ki, Pelin Karahan və Bedri Güntay 2014-cü ildə ailə həyatı qurub. Onların bu evlilikdən Ali Demir və Can Eyüp adlı iki oğulları var.



Son xəbərlər
Son Xəbərlər