150 il gecikdirilmiş kitabı geri qaytardılar - Foto

150-il-gecikdirilmis-kitabi-geri-qaytardilar
Oxunma sayı: 393

Avstraliyada bir ictimai kitabxanaya təxminən 150 il gecikdirilmiş kitab geri qaytarılıb.

“Qafqazinfo” xəbər verir ki, “Associated Press” agentliyi bu məlumatı kitabxana müdiri Mişel Hadsona istinadən yayımlayıb.

Belə ki, 1858-ci ildə nəşr olunmuş “The Antiquities of Athens” (“Afina antik abidələri”) adlı kitab, yaxın vaxtlarda aparılan təmir işləri zamanı onu tapan bir şəxs tərəfindən keçən həftə sahil şəhəri Kiamadakı kitabxanaya təhvil verilib. Kitab kaminin içərisində gizlədilmiş bir çay qutusunda aşkar edilib.

“Bizə əvvəllər heç vaxt bu qədər köhnə bir kitab qaytarılmamışdı. Sosial şəbəkələrdə bir çox kitabxananı izləyirəm və təmizlik işləri zamanı 30-40 il gecikdirilmiş kitabların tapılması barədə məlumatlara tez-tez rast gəlinir”, - deyə o bildirib.