1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı olaraq “166 Yükdaşıma və Logistika” şirkəti Lənkəran şəhərində yerləşən uşaq evilərində əyləncəli tədbir keçirib.
"Qafqazinfo" xəbər verir ki, tədbir çərçivəsində uşaqları müxtəlif hədiyyələr, şirniyyatlar, animasiya şouları ilə sevindirməklə yanaşı, həmçinin müxtəlif stolüstü oyunlarla uşaqlara sevinc dolu anlar yaşadılıb.
Şirkət rəhbərliyi tədbirlə bağlı bu fikirləri səsləndirib:
“Şirkət olaraq 1 iyun tarixinə xüsusi diqqət ayırırıq. Məhz bu səbəbdən hər il olduğu kimi bu gün də uşaqlarla bağlı tədbirlər, görüşlər keçiririk. Ümüd edirik ki, bu kimi tədbirlər onlarda daima xoş təəssürat yaradacaq. Onlar bizim gələcəyimizdir və hər birinə dəstək olmaq üçün əlimizdən gələni etməliyik”.
Son xəbərlər
Son Xəbərlər