2 milyonluq çantası gündəm oldu - Fotolar

2-milyonluq-cantasi-gundem-oldu
Oxunma sayı: 682

Asiyanın ən varlı iş adamlarından biri olan Mukeş Ambaninin qızı İşa Ambani qatıldığı moda nümayişində nümayiş etdirdiyi lüks çanta ilə dünya mediasının diqqətini cəlb edib.

“Qafqazinfo” xəbər verir ki, 34 yaşlı İşa Ambani tədbirə mikro ölçülü çanta və brilyant zinət əşyaları ilə qatılıb.

Minlərlə daşla bəzədilmiş aksesuar kiçik ölçüsünə baxmayaraq, yüksək qiyməti və qeyri-adi dizaynı ilə gündəm olub.

Məlumata görə, yalnız bir dodaq boyası yerləşdirilə bilən çanta 3025 ədəd parlaq kəsimli brilyantdan hazırlanıb. Onun dəyərinin 2 milyon dollardan çox (3,4 milyon manat) olduğu bildirilir.

Qeyd edək ki, İşa Ambani Hindistanın ən böyük şirkətlərindən biri olan “Reliance Industries”in rəhbəri, milyarder Mukeş Ambaninin qızıdır.