“20 Yanvar”ın eskalatoru dəyişdirilir

20-yanvarin-eskalatoru-deyisdirilir
Oxunma sayı: 706

“20 Yanvar” stansiyasının I vestibülü iyul ayından bağlanır.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev məlumat yayıb. Katib bildirib ki, vestibüldə quraşdırılmış 3 ədəd ET-5 tipli eskalator istismar müddətini başa vurduğu üçün dəyişdirilməlidir. Bütün bunları nəzərə alaraq “Bakı Metropoliteni” QSC sərnişinlərə xəbərdarlıq edir ki, “20 Yanvar” stansiyasının I vestibülü iyul ayının 1-dən etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq.

II vestibül (Azərsu ASC, Respublika Velotreki, Moskva prospekti, Diaqnostika mərkəzi tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq.

Qeyd edək ki, I vestibül bağlı olsa da, keçid piyadalar üçün açıq olacaq. Yəni sakinlər, keçiddən istifadə etməklə Zərdabi küçəsini bir tərəfdən digər tərəfə keçməkdə hər hansı problemlə üzləşməyəcəklər.