Yaradıcılıq onları şöhrətləndirir, tanıdır, sevdirir, pərəstişkar ordusu meydana çıxarır və... Həm də yaradıcılıq bu adamları varlandıra, onlara pul qazandıra bilir.
“Qafqazinfo” ANN.az-a istinadən 2014-cü ildə dünyada ən çox pul qazanan yazıçıların siyahısını təqdim edir:
1. Ceyms Peterson (James Patterson) - Məcara mövzulu romanlara imza qoyan ABŞ yazıçısı 2014-cü ildə 90 milyon dollar qazanıb.
2. Den Braun (Dan Brown) - bu il 28 milyon dollar qazanıb.
3. Daniela Stil (Danielle Steel) - Məhəbbət mövzulu əsərlər yazan amerikalı qadın yazar bu il 22 milyon gəlir götürüb.
4. Canet İvanoviç (Janet Evanovich) - Eşq, məhəbbət mövzusunun yaradıcısı olan ikinci amerikalı yazıçı bu il 20 milyon qazanıb.
5. Cef Kinney (Jeff Kinney) - yaradıcılığını uşaqlara həsr edən ABŞ yazıçısının gəliri bu il 18 milyon dollar olub.
6. Veronika Rot (Veronica Roth) - fantastika janrında yazan gənc yazıcı “Uyğunlaşmayan” adlı romanına ssenari hazırlamaqla 18 milyon dollar qazana bilib.
7. Stefan Kinq (Stephen King) - həyəcan və qorxu romanları yazan yazıçı bu il 17 milyon qazanıb.
8. Suzanna Kolins (Suzanne Collins) – “Aclıq oyunları” romanına film çəkilməsi qadın yazara 16 milyon gəlir gətirib.
9. J.K.Rouling (J.K. Rowling) – “Harri Poter” romanı ilə dünya şöhrəti qazanan və ən çox satılan kitab yazarı bu il gəlirlərini daha 14 milyon artırıb.
10. Devid Baldacci (David Baldacci) – “Haqqı ödənən günahlar” romanı ilə şöhrət qazanan yazıçının bu ilki qazancı 11 milyon olub.
11. E.L.Ceyms (E.L.James) – “Bozun 50 çaları” adlı romanı ilə ən çox satılanlar siyahısına daxil olan qadın yazarın əldə etdiyi gəlir cəmi 10 milyon olub.
Son xəbərlər
Son Xəbərlər