21-dək hava şəraiti dəyişkən buludlu olacaq

21-dek-hava-seraiti-deyisken-buludlu-olacaq
Oxunma sayı: 639

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 13-18, gündüz 23-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da sabah hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Oktyabrın 21-dək Respublika ərazisində hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, cənub küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.

Nigar Məmmədli