21 yaşlı gənc Kürdə batdı - Video+Yenilənib

21-yasli-genc-kurde-batdi
Oxunma sayı: 730

Mingəçevirdə 21 yaşlı gənc suda çimərkən boğulub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Mingəçevir şəhər çimərliyində qeydə alınıb.

Belə ki, Gədəbəy rayon sakini 2005-ci il təvəllüdlü Abdullayev Təhməz Natiq oğlu suda batıb.

Onun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində 1 nəfər batıb.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 2005-ci il təvəllüdlü Abdullayev Təhməz Natiq oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Ziya Əmirxanlı