23 kq narkotik vasitə aşkar olundu - Foto

23-kq-narkotik-vasite-askar-olundu
Oxunma sayı: 835

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə davam etdirilir.

“Qafqazinfo” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Astarada keçirilən növbəti əməliyyat zamanı 1979-cu il təvəllüdlü Mənsur Ağayev tutulub. Ondan 23 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

M.Ağayev ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Astara rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.