“Kızılcık Şerbeti” serialında “Fatih” obrazı kimi məşhurlaşan Doğukan Güngör görünüşündə etdiyi dəyişikliklə diqqət çəkib.
“Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktyor hərbi xidmət zamanı 24 gün ərzində 9 kiloqram arıqlayıb.
Həmçinin aktyor saç və saqqal stilini də dəyişib.
Bildirilib ki, Güngör daha əvvəl çəkisi ilə bağlı sosial şəbəkələrdə müzakirə olunurdu. Bu dəfə isə fit görünüşü ilə gündəmə gəlib.
Qeyd edək ki, türkiyəli aktyor “Haysiyyət” serialı ilə ekranlara qayıtmağa hazırlaşır.


Son xəbərlər
Son Xəbərlər