26 yaşlı gənc öldürüldü, yeniyetmə saxlanıldı - Yenilənib

26-yasli-genc-olduruldu-yeniyetme-saxlanildi
Oxunma sayı: 4170

Göyçayda qətl hadisəsi baş verib.

Bu barədə “Qafqazinfo”ya DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, avqustun 15-i saat 3 radələrində Göyçay şəhərində 1998-ci il təvəllüdlü Feyzullayev Hüseyn Famil oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü şəxs saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.

***

Göyçay Rayon Prokurorluğu hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, avqustun 15-də saat 04 radələrində Göyçay rayonu ərazisində 1998-ci il təvəllüdlü Hüseyn Feyzullayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2007-ci il təvəllüdlü Səid Bayramlının aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirərək Hüseyn Feyzullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Səid Bayramlı iş üzrə  şübhəli şəxs qismində tutulub.