Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, Xalq artisti Şükufə Yusupovanın vəziyyəti açıqlanıb.
Kliniki Tibbi Mərkəzdən (KTM) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda aktrisanın vəziyyəti stabildir. Onun palata şəraitində müalicəsi davam etdiriləcək.
Qeyd edək ki, avqustun 22-si 72 yaşlı aktrisa yolu keçərkən avtomobillə vurulub. Dərhal hospitalizasiya edilən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin olunub.
Son xəbərlər
Son Xəbərlər