29 yaşlı qadın külli miqdarda narkotiklə tutuldu - Video

29-yasli-qadin-kulli-miqdarda-narkotikle-tutuldu
Oxunma sayı: 2727

Abşeron rayonunda külli miqdarda narkotik dövriyyədən çıxarılıb.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Abşeron RPİ-nin Saray Polis Bölməsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.

Əməliyyat zamanı saxlanılan 29 yaşlı Arzu Bayramovanın üzərindən 3 kiloqramdan çox marixuana aşkarlanıb.

Şübhəli şəxs ifadəsində sosial şəbəkədə tanış olduğu İran vətəndaşının ona narkotik maddəni ünvanlara çatdırmaq müqabilində yüksək pul vəd etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlayıb.