3 uşaq atası özünü bayram gecəsi asdı

3-usaq-atasi-ozunu-bayram-gecesi-asdi
Oxunma sayı: 8621

Hacıqabulda 38 yaşlı kişi intihar edib.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Hacıqabul rayonu Nəvahi kənd sakini, 1979-cu il təvəllüdlü Baxşıyev Nüsrət Qubad oğlu özünü yaşayış evinin həyətində yerləşən yardımçı tikilidən asıb.

Onun asılmış meyiti gecə saat 3.00 radələrində yaxınları tərəfindən aşkar edilib.

Mərhumun 3 azyaşlı uşağı var. Faktla bağlı Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır.