“Bu məsələ çox ciddi şəkildə nəzərdən keçiriləcək”

bu-mesele-cox-ciddi-sekilde-nezerden-kecirilecek
Oxunma sayı: 920

“ABŞ NATO çərçivəsində öz siyasətini çox ciddi şəkildə yenidən nəzərdən keçirməyi planlaşdırır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

“Biz NATO-ya trilyonlarla dollar xərcləyirik ki, onlar Rusiyaya qarşı müdafiə mövqeyində dayana bilsinlər. Uzun müddətdir düşünürəm ki, bu, bir qədər gülməlidir. Düşünürəm ki, bu məsələ çox ciddi şəkildə nəzərdən keçiriləcək”, - Tramp qeyd edib.

ABŞ lideri həmçinin İran məsələsinə də toxunaraq qeyd edib ki, İranın danışıqlar masasına qayıdıb-qayıtmayacağı ilə bağlı narahatlıq keçirmir: “Onların danışıqlar masasına qayıdıb-qayıtmaması məni narahat etmir. Əgər qayıtmasalar, bu da məni qane edər. İran çox pis və çıxılmaz vəziyyətdədir”.