“İsrail Müdafiə Qüvvələri İranla münaqişənin mümkün eskalasiyasına hazırlaşır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri mənbələrə istinadən məlumat yayıb.
Buna səbəb kimi İslamabadda ABŞ ilə İran arasında keçirilən atəşkəs danışıqlarında razılığın əldə olunmaması göstərilir.
“Ölkədə ivrit dilində yayımlanan üç ən böyük televiziya kanalının hamısı ABŞ ilə İslam Respublikası arasında atəşkəs danışıqlarının iflasa uğramasından sonra İsrail Müdafiə Qüvvələrinin İranla münaqişənin bərpasına hazırlaşdığını bildirdi”, - nəşr yazıb.
Qeyd olunur ki, bu məlumat uğurla yekunlaşmayan İslamabad danışıqlarının başa çatmasından dərhal sonra məlum olub.
Son xəbərlər
Son Xəbərlər