Türkiyənin xarici işlər naziri Hakan Fidan pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə telefon danışığı aparıb.
“Qafqazinfo “xəbər verir ki, Hakan Fidan və Dar arasında telefon danışığı İslamabadda İran və ABŞ nümayəndə heyətləri arasında aparılan danışıqlara yönəlib.
Xarici işlər naziri Hakan Fidan həmçinin İslamabadda danışıqlarda iştirak edən ABŞ və Pakistan rəsmiləri ilə telefon danışıqları aparıb.
Söhbətlər zamanı İslamabad danışıqlarında tərəflərin irəli sürdüyü yanaşmalar qiymətləndirilib və növbəti addımlar müzakirə edilib.
Son xəbərlər
Son Xəbərlər