Bayramlarını belə qeyd edirlər - Fotolar

bayramlarini-bele-qeyd-edirler
Oxunma sayı: 621

Gəncədəki Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində Pasxa bayramı qeyd edilir.

“Qafqazinfo” xəbər verir ki, Gəncə və ətraf bölgələrdə yaşayan pravoslavlar gecədən başlayaraq məbədə toplaşıb, İsa Məsihin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsini qeyd edirlər.

Ötən gecədən başlayaraq bayram münasibətilə ayinlər icra olunur, ölkəmizdə daimi sülh, əmin-amanlıq və xoşbəxtliyin hökm sürməsi arzulanır, şəhidlərin ruhuna dualar oxunur. İbadət edənlər arasında “Sumqayıt” PFK-nun baş məşqçisi Saşa İliç də olub. O, komandanın “Turan Tovuz” futbol klubu ilə oyunu öncəsi Gəncədə bayramı qeyd edib və Tovuza gedib.

Məlumat üçün bildirək ki, Gəncə və qərb bölgəsində 200-ə yaxın provaslav ailə yaşayır. Bu insanlar hər il Aleksandr Nevski adına Rus Pravoslav kilsəsinə gələrək dini bayramlarını qeyd edirlər.

Yunis Quliyev