İran və ABŞ nümayəndə heyətləri arasında Pakistanın paytaxtı İslamabadda keçirilən tarixi danışıqlar daha bir gün uzadıla bilər.
“Qafqazinfo” “Tasnim”ə istinadən xəbər verir ki, ilkin müzakirələr və məsləhətləşmələr başa çatdıqdan sonra tərəflər bir sıra məsələlər üzrə ətraflı və texniki müzakirələrə keçiblər.
Danışıqların əvvəlcədən bir gün üçün planlaşdırılmasına baxmayaraq, ekspertlər səviyyəsindəki intensivlik görüşün müddətinin artırılması ehtimalını gündəmə gətirib. Lakin hələlik bu məsələ ilə bağlı yekun rəsmi qərar verilməyib.
Qeyd edək ki, Tehran hakimiyyəti vasitəçilər vasitəsilə ABŞ ilə danışıqlarda öz “qırmızı xətlərinin” siyahısını artıq qarşı tərəfə təqdim edib. Bura ölkənin Hörmüz boğazı üzərində suveren nəzarəti, müharibə təzminatlarının ödənilməsi, dondurulmuş aktivlərin sərbəst buraxılması və regionda hərtərəfli atəşkəsə nail olunması daxildir. İran tərəfi yekun razılaşma əldə edilməzdən əvvəl bu şərtlərin yerinə yetirilməsində israr edir.
Xatırladaq ki, İran rəsmiləri daha əvvəl İslamabaddakı danışıqların istənilən nəticəsinə hazır olduqlarını bəyan ediblər.
Son xəbərlər
Son Xəbərlər