32 yaşlı kişini maşın vurub öldürdü

32-yasli-kisini-masin-vurub-oldurdu
Oxunma sayı: 229

Bərdədə baş verən yol qəzası ölümlə nəticələnib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəza hadisəsi Bərdə-Yevlax yolunun Saatlı kəndi ərazisində baş verib.

Belə ki, Aynur Həsənova idarə etdiyi “Lexus” markalı avtomobil ilə yolu keçən 1994-cü il təvəllüdlü Fərid Qasımovu vurub.

Qarağacı kənd sakini olan piyada aldığı xəsarətlərdən həyatını itirib.

Onun meyiti müayinə olunması üçün Bərdə rayon morquna aparılıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Ziya Əmirxanlı