Bu gün Sumqayıt bulvarı ərazisində dənizdə batan 20 yaşlı Nəsrəddin Sədrəddin oğlu Şahaliyevin tələbə olması müəyyənləşib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dənizdə itkin düşən gənc Milli Aviasiya Akademiyasının 4-cü kurs tələbəsi imiş.
Onun hansı şəraitdə dənizə düşməsi hələlik məlum deyil.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
Fotolar: Sumqayıt24.az

Son xəbərlər
Son Xəbərlər