35 yaşlı aktrisanın ölümü ilə bağlı ilkin ekspertiza nəticəsi - Açıqlandı

35-yasli-aktrisanin-olumu-ile-bagli-ilkin-ekspertiza-neticesi
Oxunma sayı: 1693

Türkiyəli aktrisa Ece İrtemin ölümünün ilkin ekspertiza nəticəsi açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Milliyet” məlumat yayıb.

Ekspertiza rəyinə görə, onun bədənində zorakılıq, zəhərlənmə və ya ölümə səbəb ola biləcək hər hansı travmatik izə rast gəlinməyib.

Bildirilib ki, ölüm səbəbi infarkt kimi göstərilsə də, yekun nəticənin geniş ekspertiza başa çatdıqdan sonra açıqlanacaq.

Bundan əlavə, daha əvvəl gündəmə gələn Tayland səfəri zamanı meymun hücumuna məruz qalması və bunun nəticəsində sepsis ehtimalı da istintaq çərçivəsində araşdırılır.

Xatırladaq ki, “Kızılcık şerbeti”ndə “Işıl” obrazına həyat verən E.İrtem ötən ay 35 yaşında evində dünyasını dəyişib.