Gəncədə bıçaqlanan şəxs xəstəxanada vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Röyal Həsənov ürəyindən bıçaq xəsarəti alaraq xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı polis və prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.
***
Gəncədə xəstəxanada ölən 36 yaşlı şəxsin atası, 1963-cü il təvəllüdlü Osman Həsənov onu bıçaqlamaqda şübhəli bilinir. Hadisənin başvermə səbəbi araşdırılır.
***
Osman Həsənov polis tərəfindən saxlanılaraq, prokurorluğa təhvil verilib.
***
Hadisə zamanı Röyal Həsənovun əmisi, 1984-cü il təvəllüdlü Afiq Həsənov da əlindən xəsarət alıb.
Yunis Quliyev

Son xəbərlər
Son Xəbərlər