Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Video

masazirda-motosikletle-avtomobil-toqqusdu
Oxunma sayı: 1843

Masazır-Novxanı yolunun Masazır qəsəbəsindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına  görə, hadisə zamanı “KIA” markalı minik avtomobili motosikletlə toqquşub.

Qəza nəticəsində motosikletdə olan iki nəfər aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı