ABŞ-nin Tennessi ştatında iki ölümcül iynə ilə edam cəhdindən sağ çıxan 50 yaşlı Krista Payk xəstəxanadan buraxılaraq yenidən həbsxanaya qaytarılıb.
“Qafqazinfo” xəbər verir ki, onun yenidən edam edilib-edilməyəcəyi hələlik məlum deyil.
Bildirilir ki, sentyabrın 30-da Krista Payka pentobarbital tərkibli iki iynə vurulub. Lakin edam cəhdi uğursuz olub və vəziyyəti ağırlaşan qadın xəstəxanaya yerləşdirilib. O, oktyabrın ilk həftəsində özünə gəlib, oktyabrın 10-da isə həbsxanaya qaytarılıb.
Krista Paykın vəkilləri onun səhhətində ciddi problemlərin qaldığını, sətəlcəm, qollarında şişkinlik və udma çətinliyi yaşadığını bildiriblər. Onlar uğursuz edam cəhdindən sonra ölüm hökmünün şərti azadlığa buraxılma imkanı olmadan ömürlük həbs cəzası ilə əvəzlənməsini tələb edirlər.
Tennessi rəsmiləri edam cəhdinin niyə uğursuz olduğunu hələ açıqlamayıblar. Ştatın Krista Paykı yenidən edam etməyi planlaşdırıb-planlaşdırmadığı da bəlli deyil.
Krista Payk 1996-cı ildə, 20 yaşında olarkən 19 yaşlı Kollen Slemmerin qətlində təqsirli bilinərək ölüm hökmünə məhkum edilib. O, Tennessi ştatında iki əsrdən artıq müddətdə ölüm cəzasına məhkum edilən ilk qadın olub.
Son xəbərlər
Son Xəbərlər