Dörd ildir ekranlardan uzaq olan dünyaca məşhur aktrisa Sandra Ballak “Practical Magic 2” filmi ilə yenidən kinoya qayıdır.
“Qafqazinfo” xəbər verir ki, “Interview Magazine” jurnalı üçün kamera qarşısına keçən 62 yaşlı aktrisa fərqli fotoları ilə diqqət çəkib.
O, jurnala müsahibəsində filmə qayıtmağından söz açıb: “Artıq kamera qarşısında olmaq istəyi duymuram. Mənə həzz verən şey “baxın, mən aktrisayam, nələr etmişəm” düşüncəsi deyil, hazırlıq mərhələsi və hər şeyi yaratmaq prosesidir”.
Sandra həmçinin etiraf edib ki, indi komediya janrına qayıtmaq istəyir: “İndi bunun üçün həmişəkindən daha çox darıxıram. Hazırda yalnız bununla məşğul olmaq istəyirəm”.









Son xəbərlər
Son Xəbərlər