ASCO-da su polisi ilə birgə müşavirə keçirildi - Foto

asco-da-su-polisi-ile-birge-musavire-kecirildi
Oxunma sayı: 125

Xəzər Dəniz Gəmiçiliyi QSC-də (ASCO) DİN-in Su Nəqliyyatında Polis İdarəsi ilə birlikdə müşavirə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, maarifləndirici müşavirədə hər iki qurumun rəhbər şəxsləri, QSC-nin kollektivi iştirak edib.

Tədbirdə Xəzər Dəniz Gəmiçiliyinin Su Nəqliyyatında Polis İdarəsi ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməsi vurğulanıb.

Bildirilib ki, idarələrin rəhbərlərinin iştirakı ilə tez-tez müşavirə və məsləhətləşmələr keçirilir. Elektron daşıyıcılar, kibertəhlükəsizlik, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi və digər istiqamətlərdə birgə maarifləndirmə tədbirlərinin vacibliyindən söz açılıb.

ASCO sədrinin müşaviri Elvin Cəfərov bu kimi görüşlərin böyük əhəmiyyət kəsb etdiyini deyib.

SNPİ-nin İstintaq və Təhqiqat şöbəsinin rəisi, polis polkovnik-leytenantı Röyal Hümbətov qeyd edib ki, hazırda internet üzərindən həyata keçirilən əməliyyatlar, dijital məlumatların sayı son illərdə kəskin artıb. Bu artım fərdlərlə yanaşı böyük qurum və strukturları da ciddi risklərlə üz-üzə qoyub. Zavodlarda və gəmilərdə çalışan insanların da həmin risk qrupuna daxil olması və kibertəhlükələrə qarşı hazırlıqlı olmalarının əhəmiyyəti vurğulanıb.

Dövlət Dəniz Akademiyasına rektor əvəzi İradə Süleymanova tələbələr arasında da maarifləndirmə tədbirlərinin keçirildiyini bildirib. O, müasir dövrdə kibertəhlükəsizlik məsələsinin daha da önə çıxdığını və bu sahədə polisllə birgə əməkdaşlığın faydalı olduğunu deyib.