Macarıstanın Baş naziri Peter Maqyar “Pakş” Atom Elektrik Stansiyasının (AES) fəaliyyətinin tamamilə dayandırılması barədə qərar qəbul edildiyini bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu, son 44 ildə ilk belə haldır.
Ölkədə istehsal olunan elektrik enerjisinin təxminən yarısını təmin edən stansiyanın işi avqustun 2-si dayandırılacaq.
Baş nazir qeyd edib ki, bu qərar uzun sürən quraqlıq səbəbindən Dunay çayında suyun səviyyəsinin kritik həddə düşməsi ilə əlaqədar alınıb. Reaktorların soyudulması üçün çay suyu həyati əhəmiyyət kəsb etdiyindən, su qıtlığı stansiyanın təhlükəsiz fəaliyyətini qeyri-mümkün edir.
P. Maqyar əlavə edib ki, çayın quruması artıq gəmiçilik və turizm sahələrinə də mənfi təsir göstərib. Atom Elektrik Stansiyasının normal iş rejiminin bərpa olunması Dunayda suyun səviyyəsinin təhlükəsiz həddə nə vaxt qalxacağından asılı olacaq.
Son xəbərlər
Son Xəbərlər