49 yaşlı qadın qətlə yetirildi - Əri saxlanıldı

49-yasli-qadin-qetle-yetirildi
Oxunma sayı: 4907

Bu gün saat 22:30 radələrində Abşeron rayonu ərazisində 1976-cı il təvəllüdlü Ağayeva Sevincin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, cinayət əməlini törətməkdə S.Ağayevanın həyat yoldaşı Laçın Ağayev şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.