5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

5-milyonluq-sehifesini-baglamisdi
Oxunma sayı: 327

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, tədbirlərin birində görüntülənən məşhur ulduz qərarını belə izah edib:

“Məni tanıyanlar onsuz da necə olduğumu bilir. Sadəcə belə istədim – darıxdım və bağladım. Bunun arxasında hansısa dramatik hekayələr axtarmayın. Əvəzində gedib kitab aldım və bol-bol mütaliə etdim”.