50 milyon dəfə oxunan şeir

50-milyon-defe-oxunan-seir
Oxunma sayı: 3190


422 dostum var mənim, amma

Tənhayam əslində.

Hər gün hamısıyla söhbətləşirəm, amma

Heç biri bilmir mən kiməm əslində… 

“Qafqazinfo” Azadlıq Radiosuna istinadən xəbər verir ki, yazar və rejissor Gary Turk-un bu ilin aprelində Youtube-a yüklədiyi bu 5 dəqiqəlik klipə 10 günə 20 milyon adam baxmışdı. İndi isə baxış sayı 50 milyona yaxınlaşır. Şeirdə insanların “illüziya texnologiyaları”na bağlandıqca real həyatdan uzaq düşmələri, bütün bu texnologiya bumunun hansısa “pulgir əclafların” cibini doldurmağa xidmət etməsi tənqid olunur. Sonra da deyirlər, şeir ölüb… 

İngilis dilində səsləndirilən şeirin türkcə altyazılı versiyasını təqdim edirik.