57 yaşlı şəxs bıçaqlandı - Oğlu saxlanıldı

57-yasli-sexs-bicaqlandi
Oxunma sayı: 1480

İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə dünən 19 radələrində Talıstan kəndində baş verib.

1994-cü il təvəllüdlü Kənan Bəhlul oğlu Əzizov aralarında mübahisə zamanı atası 1968-ci il təvəllüdlü Bəhlul Təşkilat oğlu Əzizovun qarın və boğaz nahiyələrindən bir dəfə bıçaqla xəsarət yetirib.

K.Əzizov şübhəli şəxs qismində tutulub.

Faktla bağlı İsmayıllı RPŞ-də cinayət işi başlanıb, istintaq aparılır.