58 yaşlı kişinin meyiti tapıldı

58-yasli-kisinin-meyiti-tapildi
Oxunma sayı: 980

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

“Qafqazinfo” xəbər verir ki, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1961-ci il təvəllüdlü Qasımov Vəkil Qədim oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.