Ucar rayonunda ölümlə nəticələnən qəza baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı–Qazax magistral yolunun rayonun Qaracallı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Göyçay rayon sakini, 1993-cü il təvəllüdlü Araz Ayaz oğlu Məmmədov idarə etdiyi “Chevrolet Cruze” markalı minik avtomobili ilə yolu keçmək istəyən piyada, Ucar rayon sakini, 1962-ci il təvəllüdlü Zili Baba qızı Verdiyevanı vurub.
Qadın hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər