Sumqayıtda yol yenə çökdü - Foto

sumqayitda-yol-yene-cokdu
Oxunma sayı: 193

Sumqayıtda bir müddət əvvəl qəzalı vəziyyətə düşən yolun daha bir hissəsi çöküb.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Çökmə ilə əlaqədar əraziyə Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları cəlb olunub. Təhlükəsizlik tədbirləri görülüb, problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb.

Xatırladaq ki, Üzeyir Hacıbəyli küçəsində yolun ayrı-ayrı hissələrində daha əvvəl də çökmələr baş verib. Bir neçə gün əvvəl küçənin başqa bir hissəsində yaranan çökmə aradan qaldırılıb. Bundan bir neçə ay öncə də eyni küçədə yolun digər hissəsi çökərək təmir olunmuşdu. İndi isə küçədə növbəti, üçüncü çökmə qeydə alınıb.